Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni GPON optik layihəsinin icrasına başlanılıb.
Vetenim-azərbaycandır.az-ın məlumatına görə, layihə çərçivəsində Sumqayıt Telekommunikasiya Qovşağı qəsəbədə fiber optik internet şəbəkəsi qurur. Yaxın zamanda əhalinin istifadəsinə veriləcək fiber optik internet şəbəkəsi abunəçiləri keyfiyyətli internetlə təmin edəcək.
Qeyd edək ki, evində telefonu olan xəttə pulsuz qoşulacaq. Əks təqdirdə 80 AZN rüsum ödəyəcək və evinə optik xətt çəkiləcək, Həmin xətt üzərindən abunəçi telefon və kəsintisiz internet xidmətlərindən yararlana biləcək. Abunəçi modemlə təmin ediləcək, ayda 19 manat ödəməklə 30 30 mgb internet əldə edəcək.