44GUN.ORG
Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı Andrey Benedeyçiçlə Bakının "NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi" müzakirə olunub.Bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.
"Sloveniyanın NATO-dakı daimi nümayəndəsi Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir mübadiləsi aparmaqdan məmnun oldum", - Hüseynzadə qeyd edib.
Onun sözlərinə görə, görüşdə "Sülh naminə Tərəfdaşlıq (SnT) Proqramı çərçivəsində Azərbaycan - NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli müzakirə" aparılıb.
"Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik", - Azərbaycanın alyansdakı nümayəndəliyin başçısı vurğulayıb.