SON DƏQİQƏ

Mehriban Əliyevadan Musa Yaqubun qəbirüstü abidəsi ilə bağlı TAPŞIRIQ

Tarix:3-07-2021, 21:37 Oxunub:305

Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.

Bu barədə məlumatı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov saytımıza təsdiqləyib.

O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.

O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman