SON DƏQİQƏ

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Tarix:29-01-2025, 12:10 Oxunub:106

44GUN.ORG

​​​​Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.
Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır və səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Qeyd edək ki, seçki günü ölkədə qeyri-iş günü kimi təsbit edilib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman