SON DƏQİQƏ

"Xocalı əsrin faciəsi" adlı anım tədbiri keçirildi.

Tarix:26-02-2025, 23:31 Oxunub:154

44GUN.ORG

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 26 fevral 2025-ci il tarixində Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında Rayon Mədəniyyət Sarayında "Xocalı əsrin faciəsi" adlı anım tədbiri keçirildi.

Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissini aşılamaq, Xocalı faciəsinin həqiqətlərini çatdırmaq oldu.

Tədbirdə şəhid valideynləri, Rayon İcra Hakimiyyətinin müavini İlkin Ağayev, ATAHİ-nin sədri Seymur Qədəşov, Quba -Xacmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Şabran şəhər İdman və Gənclər İdarəsinin müdiri Süleyman Əlməmmədov və Mədəniyyət Sarayının direktoru Təvəkkül Əliyev iştirak etdilər.

Tədbirin keçirilməsində göstərdiyi köməkliyə görə Rayon Mədəniyyət Sarayının rəhbərliyinə təşəkkürümüzü bildiririk.

#EduAz #QubaXaçmazRTİ

#Şabranşəhər4nömrəliramortaümumtəhsilmektəbi

#Xocalı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman