SON DƏQİQƏ

“Xocalı Qətliamının 33 illiyi ilə baglı tədbir keçirilmişdir.

Tarix:27-02-2025, 14:08 Oxunub:90

44GUN.ORG

 “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək”  İctimai Birliyinin təşəbbüsü ilə, ermənilər tərəfindən 1992 il fevral ayının 26 da Qarabagda törədilmiş “Xocalı Qətliamının 33 illiyi ilə baglı  tədbir keçirilmişdir. İlk öncə  Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Sonra Xocalı faciəsini əks etdirən qısa metrajlı tarixi video film göstərildi.Tədbiri giriş sözü ilə acan, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin  prezidenti, politoloq Tofiq Əli-zadə dedi ki, Xocalı qətliamı zamanı ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə danışarkən bildirdi ki,haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsəd yönlü fəaliyyət göstərilmişdir. 33  il öncə,1992 ci lin  Fevral ayının  26 da Qarabağda,  Xocalıda ermənilərin biz Azərbaycanlılara qarşı törətdikləri  Genosid - XX əsrdə   insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdəndir və  bu faciə nəticəsində minlərlə günahsız soydaşlarımız, qocalar, qadınlar və körpə uşaqlar ancaq,Azərbaycanlı olduqlarına  görə,xüsusi amansızlıqlarla qətlə yetirilmişlər. 30  il öncə, 1992 ci ilin  Fevral ayının  26 da baş vermiş Xocalı soyqırımı faciəsi XX əsrdə   insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən sayılmaqdadır.1992  ci il fevral  aynın  26 da baş vermiş Xocalı  soyqırımı, ermənilərin  biz  Azərbaycanlılara qarşı törətdikləri əsil Genosid idi.  Belə düşünürük ki Xocalı  soyqırımı, təkcə  bizlərin  deyil,bütün   bəşər insanlığının soyqırımı, faciəsi  kimi  qəbul  edilməlidir.Artıq məlumdur ki, bu qətliam zaman o zaman Xankəndində yerləşən sovet ordusunun 366 cı atıcı alayının erməni və qarışıq millətlərdən ibarət  zabit və əskərləri də Xocalı qətliamınında  iştirak etmişlər. İnsanlığa qarşı törədilən qətliam nətiçəsində isə, 1000 qədər  günahsız qoca,cavan, usaq və qadınlar  erməni qan  icənləri tərəfindən məhs Azərbaycanlı olduqları ücün vəhşicəsinə öldürülmüslər. Amma,biz onu da, bilməliyik ki,Xocalı soyqrımından 9 gün əvvəl,1992 ci il fevralın 15-17 də, Qarabağın Xocavənd rayonun, Qaradaglı kəndində də, ermənilər  tərəfindən   bizlərə qarşı da  soyqrım  törədilmişdir, Xaricdəki erməni daşnakları Xocalı faciəsi zamanı Azərbaycanlılara  qarşı çox qaniçənlik etmiş və xüsusi amansızlıqlarla seçilən erməniləri da mükafatlandırırdılar.1992 ci ildən dünyanın yenidən inkişaf etməyə başladığı  bir  dövrdə, insanların ancaq  milli   mənsibiyyətinə görə,xüsusi  amansizcasına məhv edilməsi və  törədilmiş bu cinayyətlərə dünya ictimaiyyətlərinin göz yumması bu gündə də bizləri narahat edir.Xocalı soyqırımından törədilməsindən 33 il keçməsinə baxmayaraq, gec-tez bütün qatillər layiqli cəzalarını alacaqlar. Xocalı soyqırımının əsl mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldı və Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi diqqətə çatdırıldı. Tofiq Əli-zadə bildirdi ki, ermənilər hələ 1918-ci ildə də bizlərə qarşı qətilllər törədmişlər və bu gün Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından artıq, 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdu. Xocalı soyqırımı zamanı məhz onlar azərbaycanlı olduqlarına görə, ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.  Xocalı soyqırımının  bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdi. Daha sonra cıxış edən tanınmış ziyalılardan, “Çarcı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva,Etibar Əliyev, tarixci Vaqif Rüstəmov,Rəhim Fəthi, Xatirə Kərimova,Almaz Zeynalova,Məhərrəm Məhərəmov,Seymur Elsevər, Nurəddin Salayev.Vaqif Tagıyev və başqaları  söylədilər ki, Xocalı qətliamınından 33 il keçməsinə baxmayaraq, bu hadisəyə yenidən hüquqi qiymət verilməli, dəhşətli faciəni törədənlər isə,uzun illər kecməsinə baxmayaraq öz layiqli cəzalarını almalıdırlar.Xocalı soyqırımı, bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.Düşünürük ki, gec və tez ,Xocalı qətliamını, bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını alacaqlar cün ki, Azərbaycan xalqı heç bir vaxt Xocalı Genosidini unutmamalıdır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman