SON DƏQİQƏ

Azərbaycan XİN Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyəni təbrik edib

Tarix:23-04-2025, 20:19 Oxunub:61

44GUN.ORG

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib.
bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin Böyük Millət Məclisinin açılışının 105-ci ildönümündə qardaş ölkəmizi və xalqını 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gün Türkiyə Respublikasının suverenlik prinsiplərinə, milli iradəyə və gələcəyimizin təminatçısı olan uşaqlara verilən dəyərin parlaq təzahürüdür.
23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyə Respublikasına davamlı inkişaf və rifah arzulayır, qardaş ölkəmizin banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini yad edirik", - məlumatda qeyd olunub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman