44GİUN.ORG
Misirdə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü qeyd olundu.2025-ci il may ayında Misirin Qalubeyya vilayətinin Qanater əl-Xeyriyyə şəhərində yerləşən "Azərbaycan–Misir Dostluq Parkı"nda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə möhtəşəm anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində Ümummilli Liderin adını daşıyan parkda ucaldılmış heykəli ziyarət olunmuş, önünə güllər düzülmüş və xatirəsi dərin ehtiramla yad edilmişdir.
Tədbirdə Azərbaycan və Misir arasında dostluq münasibətlərinin simvoluna çevrilmiş bu parkda Azərbaycanı fəal şəkildə təmsil edən gənc diplomat Mr Adam iştirakı xüsusi diqqət çəkmişdir. O, həm diplomatik çevrələrdə, həm də mədəni tədbirlərdə fəal iştirakı ilə seçilərək, Misirlə Azərbaycan arasında əlaqələrin inkişafında önəmli rol oynamaqdadır.
Tədbirdə iştirak edən Qalubeyya vilayətinin Qubernatoru, Cənab mühəndis Ayman Attia və Mr Adaç Havvas Misirin dövlət telekanallarına verdiyi müsahibədə Azərbaycan–Misir münasibətlərinin tarixi, siyasi və mədəni aspektlərinə toxunmuşdur. Qubernator öz çıxışında Mr Adam Havvasın bu əlaqələrin möhkəmlənməsində oynadığı rolu xüsusi vurğulayaraq qeyd etmişdir:
“Adam Misir və Azərbaycan arasında ən gənc diplomat sayılır. O, hər tədbirdə böyük həvəslə və sevinc hissi ilə iştirak edir. Vətənini həyatının ilk günlərindən fəxrlə təmsil edir və biz də bunun canlı şahidiyik.”
Tədbir çərçivəsində Misirdəki Azərbaycan səfiri cənab Elxan Poluxov da iştirak etmiş və tədbirin sonunda Qubernator və Mr Adamla birgə ənənəvi xatirə fotosu çəkdirmişdir. Bu foto rəmzi olaraq iki xalq arasındakı dostluğun və əməkdaşlığın davamlılığını əks etdirir.
Daha sonra Mr Adam Ümummilli Liderin heykəli qarşısına gül dəstələri qoyaraq, onun xatirəsini dərin ehtiramla yad etmişdir. Bu jest gənc diplomatın Azərbaycan tarixinin və şəxsiyyətlərinin təbliğinə olan yüksək sədaqətini və vətənpərvərliyini bir daha göstərmişdir.
Bu cür tədbirlər Azərbaycan və Misir arasında münasibətlərin daha da dərinləşməsinə, mədəni və siyasi körpülərin möhkəmlənməsinə xidmət edir. Xüsusilə də, gənc nəsil diplomatların bu işdə fəallığı gələcək əməkdaşlıq üçün mühüm ümidlər doğurur.
Qeyd edək Mr Adam Havvas Misir mediası tərəfindən Mr NilKaspi ləqəbi almışdır.

