44GUN.ORG
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əlaqələrin inkişafına böyük önəm verir.bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, EBRD-nin İllik Toplantısı çərçivəsində keçirilən görüşdə Bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterinkə ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün təşəkkür edilib.
M. Cabbarov bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb: "Bankla tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir".