SON DƏQİQƏ

28 May -Müstəqillik Günü Bayramınız Mübarək !

Tarix:28-05-2025, 12:04 Oxunub:227

44GUN.ORG

​​​​Tariximizin ən şanlı və parlaq səhifələrindən olan 28 May  1918 -ci il  Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Türk və İslam dünyasında ilk parlamentli respublika,  ilk demokratik , hüquqi və dünyəvi dövlət nümunəsi kimi yaddaşlarda tarixi iz qoydu. 
Azərbaycan Cümhuriyyəti qısa müddət ərzində ,cəmi 23 ay ömür sürsə də ,böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi.
İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın kişi bərabərliyini təmin edən Cümhuriyyət azad seçkilər, demokratlaşma, milli ordu, milli pul, milli bank,  iqtisadi islahatlar , beynəlxalq əlaqələr və rəsmi tanınmasını təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını ilk rəsmi surətdə tanıyan (04.06.1918) Osmanlı dövləti olmuşdur.
Azərbaycanın Parlamenti və Hökuməti yaradıldı, sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və qerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ilk Universitet təsis olundu, təhsil milliləşdirildi, vətəndaşlara irqindən, dinindən, milliyətindən asılı olmayaraq bərabər hüquqlar verildi.
20-ci əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub, saxladı.
Ulu Öndər dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Heydər Əliyev deyirdi :" Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü- Respublika Günü  elan etmişik və bu bizim Milli Bayramımızdır "
Bu gün bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edildi və 100 illik yubiley təntənəli qeyd olundu.
Xalqımız bu günü- 
 28May- Müstəqillik Gününü -Milli Bayram kimi qeyd edir.

BAYRAMINIZ MÜBARƏK !

Məlumat üçün onu da qeyd edim ki, Təşkilatımız ( AQRC İ.B.) 1919 -cu ildə Cümhuriyyət qurucularının fəal iştirakçılarından olan , ilk qadın Maarif Naziri, sonralar Ədliyyə Komissarı  Ayna Sultanova tərəfindən ayrı-ayrı klublar şəklində yaradılıb, 1920 -ci ildə birləşdirilib, Qadın Cəmiyyəti kimi fəaliyyət göstərmişdir. Şərqdə ilk Qadın Hərəkatı kimi tanınmışdır.
Millətini, Xalqını, Vətənini sevən, ideologiyasına bağlı AYNA SULTANOVA , digər ictimaiyyətçilər kimi repressiya qurbanı olmuş ,ailəsi ilə birlikdə 1937 -ci ildə güllələnmişdir.
Cəmiyyəti bu günə kimi qoruyub , saxlayan, dünyasını dəyişənlərin hər birinin Məkanı Cənnət olsun !

 "Azərbaycan Qadınları   Respublika  Cəmiyyəti"
 İ.B.sədri
 Bahar Qasımova

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman