44GUN.ORG
28 May-şanlı tariximizə qızıl hərflərlə yazılmış gündür.107 il əvvəl Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşu yaratmış Azərbaycan Xalq Cumhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini göstərdi.Bu şərəfli tarixin əsasını qısa müddət ərzində həyata keçirilən islahatlar və insan hüquqları sahəsində atılan addımlar təşkil edir.23 ay yaşamasına baxmayaraq bir sıra tədbirlər həyata keçirildi:
🔹️Azərbaycan (türk)dili dövlət dili elan olundu.
🔹️Üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanmış Azərbaycan dövlət bayrağı qəbul edildi.Noyabrın 9- da həmin bayraq göy,qırmızı,yaşıl rənglərdən ibarət üç rəngli bayraqla əvəz olundu.
🔹️Azərbaycan Milli Ordusu yaradıldı.
🔹️120 nəfərdən ibarət Azərbaycan Parlamenti yaradıldı.
🔹️Qadınlara seçki hüququ verildi.
🔹️Bakı bonu adlı pul vahidi dövriyyəyə buraxıldı.
🔹️Dövlət Bankı açıldı.
🔹️Bakı Dövlət Universiteti yaradıldı.
🔹️Türk dilində ilk böyük kitabxana yaradıldı.
🔹️Azərbaycan Dövlət Teatrı fəaliyyətə başladı.
1920 ci ildə bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyən Azərbaycan 1991 ci ildə yenidən öz müstəqilliyini elan etdi.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz sabit inkişaf yoluna qədəm qoydu.
Zəfərlə nəticələnən 44 günlük Vətən savaşı ,torpaqlarımızın bərpası,ölkəmizin əldə etdiyi ardıcıl nailiyyətlər xalqımızın iradəsi,ordumuzun qəhrəmanlığı və bu xalqın yenilməz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.
Bu tarixi gündə ölkəmizin ərazi bütövlüyünün qorunması naminə şəhid olan qəhrəman övladların unudulmaz xatirəsini ,azadlıq qurbanlarımızla yanaşı ehtiramla yad edirik.Qoy Vətən övladlarının canı ,qanı bahasına çətinliklə əldə edilən müstəqilliyimiz əbədi olsun!
Xaçmaz şəhər Qadınlar Cəmiyyətinin sədri
Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayyüllü liseyin direktor əvəzi:Cəmiyeva Sədaqət.
