44GUN.ORG
Siz (Azərbaycan minifutbol millisinin üzvləri – red.) bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır.bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı qeyd edib: "Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər".