44GUN.ORG
İstədiyi peşəyə yiyələnmək insanın öz əlindədir. Bu hər yaşda ola bilər. Əsas odur ki,istək olsun!İnformasiya texnalogiyaıarının inkişaf etdiyi bir vaxtda kompüter biliklərinə yiyələnmək istək və səbr tələb edir.
Bu gün yığışmağımızın səbəbi isə kompüter kurslarını bitirərək, sertifikat alan məzunların yanında olmaq idi.
Rayonumuzda fəaliyyət göstərən “ Rəcəb” kompüter kursları artıq 25 ildir ki fəaliyyət göstərir. Bu illər əzrində məzunlarının sayını hesablasaq bitməz, tükənməz.
Kurs rəhbəri Gülşən Axmatovanın təşkil etdiyi mükafatlandırma tədbirini açarkən, öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan el oğullarının ruhuna bir dəqiqəlik sükütla yad etməyi xahiş etdi.
Saydı duruşundan sonra kursun fəaliyyəti haqqında qısa məlumat verildi və bildirdi ki, bu buraxılışımız digərlərindən seçilir. Belə ki, sertifikat alanlarin arasında şəhid anaları- Yasəmən və Safura ana, şəhid Rəhim İmanovun və Rauf Babayevin bacıları və antiterror əməliyyatları zamani şəhid olmuş Tural Ağcabəyovun həyat yoldaşı da var.
Sonra Xaçmaz RİH-in əməkdaşı, ehtiyatda olan zabit, 44 günlük müharibə iştirakşısı, qazı Taryel Didarov çıxış etdi. Məzunları təbrik edərək onlara uğurlar dilədi.
Kursun müəllimi Sevinc Yusifova çıxış edərək məzunları təbrik etdi.
Digər çixişçılar da təbriklərini xoş sözlərlə ifadə etdilər.
Məzun tortu kəsildikdən sonra çay süfrəsində səmimi söhbətlər davam etdi.
Şəhid Cabar Əşrəfovun anası Safura xanım artıq 40 yaşında olduğunu vurğuladı. Lakin yenilikləri qavramağın ona çətinlik yaratmadığını vurquladı.
Hər kəs sevinirdi. Bu sevincin səbəbi təkcə sertifikat almaq deyildi. Həmdə özgüvənin artması idi.
Biz də öz növbəmizdə Gülşən Axmatovaya şəhid ailələrinə göstərdiyi qayğıya görə təşəkkür edirik və uğurlar diləyirik!
Gulxar RƏHİMLİ,
AJB-nin uzvü.




