SON DƏQİQƏ

Mikayıl Cabbarov Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirib

Tarix:13-06-2025, 23:40 Oxunub:25

44GUN.ORG

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirib.
nazir bu barədə "X" hesabında paylaşım edib:
"SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında "Abşeron" qaz-kondensat yatağının birgə işlənməsi, "Masdar" şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqları vurğuladıq. Sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafı, təcrübə mübadiləsi və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi barədə fikir mübadiləsi apardıq".


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman