44GUN.ORG
Əziz mətbuat işçiləri, jurnalistlər və həmkarlar, bir sözlə əziz Media nümayəndələri, ONDERTV.ORG və 44GUN.ORG xəbərlər informasiya portalları- sizi 22 iyul "Milli Mətbuat" və Jurnalistika günü münasibətilə səmimi qəlbdən TƏBRİK EDİR.Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 150 il ötür. Ölkədə ilk mətbuat orqanının-əsası Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. "Əkinçi" qəzetinin ilk nəşrə başladığı 22 iyul tarixi, 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu. Bu mətbuatın inkişafına ciddi təkan verdi. Bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. 12.01.2021-ci il tarixli “Azərbaycan Respublikasında ”Medianın İnkişafı Agentliyi” yaradıldı.
Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ Zəfəri ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş torpaqlarımızdakı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Bu münasibətlə hər bir media təmsilçilərinə ayrı-ayrılıqda bu çətin, və şərəfli işlərində uğurlar diləyirik. Peşəkatlıq, Dövlət və Dövlətçiliyə sədaqət arzulayırıq.
Peşə Bayramınız mübarək !
Baş Redaktor Kamran Orucov