44GUN.ORG
Tarix boyu xalqların milli kimliyinin formalaşmasındasözün, informasiyanın və maarifçilik ideyalarının roludanılmazdır. Azərbaycan milli mətbuatı da məhz buyolda cəmiyyətin oyanışına, milli düşüncənininkişafına xidmət edən aparıcı qüvvə olmuşdur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilənəşrə başlayan “Əkinçi” qəzetinin işıq üzü görməsi buyolun başlanğıcı hesab edilir. Məhz bu gün 22 iyul həril Milli Mətbuat Günü kimi qeyd olunur və yalnızjurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycanxalqının maariflənmə tarixinə dərin hörmətintəcəssümü kimi anlaşılır. Gəlin “Əkinçi”dən başlayıb süni intellektə doğru yol alan informasiya cəbhəsindədəyişməyən dəyərlərdən bəhs edək.Zaman dəyişir, texnologiyalar inkişaf edir, lakininformasiya savaşlarının, informasiya təhlükəsizliyininəhəmiyyəti heç zaman dəyişmir, azalmır əksinə, artır. 1875-ci ildə “Əkinçi” qəzetinin əsas məqsədicəmiyyətin maarifləndirilməsi, kəndlinin, əkinçininsəslənsin deyə yazılması idisə, bu gün informasiyasahəsi artıq geosiyasi təhlükəsizlik məsələlərinin dəmərkəzinə çevrilmişdir.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsizamanı biz bu reallığı bütün çılpaqlığı ilə gördük. O dövrdə mən də bir vicdanlı Azərbaycan vətəndaşı vəmedia yönümlü ziyalı olaraq, informasiyamüharibəsinin ön cəbhəsində iştirak edən minlərləhəmkarımla birgə olmağa şalışdım, xalqımızın haqqsəsini dünyaya çatdırmaq üçün media, sosialşəbəkələrdə yorulmadan və qürurla fəaliyyət göstərdim. Həqiqətin müdafiəsi, saxta xəbərlərə qarşıəsl faktların irəli sürülməsi, informasiya müharibəsindəetik, məntiqi və psixoloji silahların istifadə olunmasıbu dövrün önəmli təcrübələrindən biri oldu.
Milli mətbuatımızın 149 illik tarixi bir dövrün deyil, bir millətin oyanış salnaməsidir. Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Əli bəyHüseynzadə kimi klassiklərdən tutmuş, bu güninformasiya cəmiyyətinin əsgərlərinə qədər uzanan buyol daim elmə, əxlaqa, vətənpərvərliyə xidmət etmiş və örnək olmuşdur..
Bu gün isə göründüyü kimi media sadəcə informasiyayaymaqla kifayətlənmir o, həm də psixoloji tərbiyəvasitəsi, ictimai rəyin formalaşdırıcısı, dövlət vəvətəndaş arasında körpü, həmçinin qlobal informasiyaplatformalarında ölkənin mövqeyini təmsil edəndiplomatik alətdir. Ən əsası isə bu sahədə çalışanlarınhəm peşəkarlıq, həm də vətəndaş məsuliyyətidaşımalarıdır. Nəticə etibarilə mətbuat keçmişdəngələcəyə uzanan vətənə xidmət yoludur. 22 iyul MilliMətbuat Günü yalnız bir tarix deyil, həm də çağırışdır. Həm peşəkar media nümayəndələri, həm ziyalılar, həmdə informasiya cəmiyyətinin iştirakçıları olaraq bizlərbu yolda milli maraqlara xidmət edən, həqiqətiqoruyan, xalqın informasiya təhlükəsizliyini təminedən mövqedə olmalıyıq. Zəfərlə qurtardığımız Vətənmüharibəsi sübut etdi ki, güllədən iti sözlər, mərmidəntəsirli faktlar vardır.
Çox şükürlər olsun ki, Azərbaycanda əsasını Heydər Əliyevin qoyduğu media siyasəti və ənənələrinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusi qeyd etmək istərdim və təcrübə də təsdiq edir ki, istənilən sahədə vəzifələrin həllinə sistemli və konseptual yanaşma Prezident İlham Əliyevin həyata keçirdiyi idarəçiliyin başlıca prinsipini təşkil edir. 2008-ci ildə imzalanmış "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nı təsdiq etməklə Azərbaycan Prezidenti medianın problemlərinin həllini konseptual çərçivəyə saldı və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin sistemliliyini və ardıcıllığını təmin etdi. Ölkədə müstəqil, güclü, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan, Azərbaycanın haqq səsini qlobal informasiya məkanında müdafiə etməyi bacaran KİV-lərin formalaşması və inkişafı Prezident İlham Əliyevin media siyasətinin fəlsəfəsini təşkil edir. Nəzərə almalıyıq ki, qlobal şəbəkənin genişləndiyi, milli informasiya məkanlarının sərhədlərinin silindiyi, informasiya axını üzərində transmilli resursların monopoliyasının gücləndiyi bir dövrdə bu vəzifələrin icrası öz müstəqilliyini, milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyub saxlamağa çalışan hər bir dövlət və xalq üçün həyati vacib məsələdir. Bu gün isə biz bu prizmanın daha fərqli tərəflərini izləyirik. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu buna ən əyani göstərişdir.
19–21 iyul 2025-ci il tarixlərində Şuşada keçirilən III Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzindədir. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forum rəqəmsallaşmanın media dünyasına təsirini və süni intellektin yaratdığı yeni reallıqları müzakirə etmək məqsədi daşıyırdı.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçıları iləgörüşərək qeyd etdi ki, sürətlə inkişaf edən texnologiyalar fonunda ölkələrin bu prosesə adekvat yanaşma nümayiş etdirməsinin vacibliyi danılmazdır. Xüsusilə süni intellektin müxtəlif sahələrdə, o cümlədən media sektorunda oynadığı artan rola diqqət çəkərək, bu tendensiyanın informasiya istehsalı və yayımı proseslərini köklü şəkildə dəyişdirdiyini qətiyyətlə önə çəkdi.Bəli bu gün Şuşa informasiya diplomatiyasının mərkəzinə çevrilmişdir və Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir. Forumun əsas məqsədlərindən biri rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkməkdir.
Bu mötəbər tədbirdə isə dünyanın 52 ölkəsindən 140-a yaxın media nümayəndəsi qatılıb. Onların sırasında 30-dan çox nüfuzlu xəbər agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80 media qurumunun və müvafiq dövlət strukturlarının təmsilçiləri yer alıb. Bu, Forumun geniş coğrafi və institusional əhatə dairəsinin göstəricisidir və Şuşanın informasiya diplomatiyasının mərkəzinə çevrildiyini bir daha sübut edir.
Forum müasir çağırışlar fonunda media dayanıqlığının təmin olunması, etibarlı və şəffaf informasiya mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu mötəbər tədbir, ölkənin informasiya siyasətində qlobal trendlərə nə dərəcədə adekvat cavab verdiyini, həmçinin süni intellekt dövründə media sahəsində liderliyə iddialı olduğunu bir daha nümayiş etdirir.Onu xüsusilə qeyd etmək lazımdır ki, Şuşa Qlobal Media Forumu, yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir. Bəli bugünküAzərbaycan mətbuatı zəfər ruhuyla, milli ideologiya vətexnoloji innovasiyalar sintezində yoluna davam edir. Dövlətimin belə böyükmiqyaslı uğularını qeydə alarkən informasiya cəbhəsində kiçik bir yer almışvətəndaş kimi kimi qürur hissim ölçüyəgəlməzdir. Bu günün möhtəşəmliyini duyur və günün qəhrəmanlarına öz təbriklərimi ünvanlamaq istəyirəm.
Tarix boyu sözün gücünə inanan, xalqın haqq səsini işıqlı sabahlara daşıyan, həqiqətin və vətənpərvərliyin keşiyində duran mətbuat nümayəndələri, dəyərli qələm sahibləri!
Azərbaycan mətbuatı bir məktəbdir. Bu məktəbdən xalqın oyanışı, milli düşüncənin təşəkkülü və dövlətçilik ideologiyasının yüksəlişi doğmuşdur. Bu məktəbdə hər bir jurnalist, redaktor, müxbir, operator və media mütəxəssisi öz fədakarlığı ilə vətənə xidmət etmişdir və edirməkdədir. Sizlər informasiya cəbhəsinin əsgərləri olaraq, təkcə xəbər vermir, həm dətarix yazırsınız. Xüsusilə də 44 günlük Vətən müharibəsində göstərdiyiniz prinsipiallıq, milli maraqlara sadiqlik və informasiya savaşında nümayiş etdirdiyiniz peşəkar mövqe tariximizin qızıl səhifələrində əbədi yaşayacaq.
Qələmindən nur, sözündən güc doğan bütün mətbuat emalatçılarımıza möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları, sönməz peşə ruhu və daim haqqın tərəfində olma qüruru arzu edirəm!
Sözümüz silahımız, həqiqət isə yolumuz olsun!Gününüz, günümüz mübarək!
Hörmətlə:Nəhayət Məhəmməd qızı Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
ADPU-nun Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri