SON DƏQİQƏ

Baş sağlığı, Allah rəhmət eləsin.

Tarix:11-08-2025, 10:49 Oxunub:291

44GUN.ORG

ASQiB-nin sədri Zemfira Ağayeva və birliyin kollektivi, ASQ birliyinin fəal üzvləri Nəzirin xanıma atasının və “Şans” Klinikasının rəhbəri Rəna Bağırlıya həyat yoldaşı Faiq Bağırlının vəfatından kədərlənir və dərin hüznlə doğmalarına başsağlığı verirlər.
ALLAH RƏHMƏT ELƏSİN!!!

QEYD: Dərin kədər və hüznlə bildiririk ki, 7 avqust 2025-ci il tarixində, ömrünün 81-ci ilində, Azərbaycan Respublikasının səhiyyə sahəsində görkəmli mütəxəssisi, tanınmış provizor, yüksək insani keyfiyyətlərə malik ziyalı — Faiq Bağırlı dünyasını dəyişmişdir.

21 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olan Faiq Bağırlı, gənc yaşlarından həyatını Azərbaycanın əczaçılıq sahəsinin inkişafına həsr etmişdir.

Onun işıqlı xatirəsi həyat yoldaşının, övladlarının, nəvələrinin, yaxınlarının, həmkarlarının və dostlarının qəlbində əbədi yaşayacaqdır. Faiq Bağırlının adı və xeyirli əməlləri, şərəfli ömür yolu gələcək nəsillər üçün peşəsinə və Vətəninə sədaqətin parlaq nümunəsi olaraq qalacaqdır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman