SON DƏQİQƏ

Xırdalanda DOST Mərkəzindəki yanğın söndürülüb

Tarix:27-08-2025, 22:43 Oxunub:147

44GUN.ORG

Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.
bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.
***17:02
Abşeron rayonu Xırdalan şəhərində yanğın başlayıb.
Xırdalanda yerləşən DOST Mərkəzində yanğın hadisəsi baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunublar.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman