SON DƏQİQƏ

27 Sentyabr – Millətimizin Qəhrəmanlıq və Qürur Günü

Tarix:27-09-2025, 11:18 Oxunub:94

44GUN.ORG

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış günlərdən biri – 27 sentyabr 2020-ci ildir. Məhz bu tarixdə Vətənimizin igid övladları torpaqlarımızın azadlığı uğrunda haqq mübarizəsinə qalxdılar. 44 gün davam edən Vətən müharibəsi millətimizin birlik, qəhrəmanlıq və mübarizə iradəsinin ən parlaq nümunəsi oldu.

27 sentyabr – xalqımızın qürur və şərəf günüdür. Bu gün biz şəhidlərimizi böyük ehtiramla yad edir, qazilərimizin fədakarlığı qarşısında baş əyirik. Onların göstərdiyi şücaət sayəsində Azərbaycan torpaqları işğaldan azad edildi, 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ torpaqlarına qovuşduq.
Bu Zəfərin memarı – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Onun qətiyyətli siyasəti, müdrik rəhbərliyi və xalq-ordu birliyinə verdiyi önəm Vətən müharibəsində tarixi qələbəmizin təminatçısı oldu. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın milli iradəsini və gücünü təcəssüm etdirərək gerçəkliyə çevrildi.
27 sentyabr yalnız bir savaşın başlanğıcı deyil, həm də millətimizin bir yumruq kimi birləşərək tarix yazdığı gündür. 
VətənimAzərbaycan.az olaraq biz də bütün şəhidlərimizi rəhmətlə anır, qazilərimizə şəfa diləyir, Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılmış bu tarixi Qələbə ilə fəxr edirik. 27 sentyabr – hər bir azərbaycanlının qəlbində qürurla yaşayacaq əbədi tarixdir!
Kamran Orucov 
Leyla Nur
VETENİM-AZERBAYCANDİR.AZ

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman