44GUN.ORG
Tədbirdən öncə, 27 sentyabr anım günü və Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya tarixi ilə baglı qısa həcimli film nümayiş olundu.Sonra tədbiri giriş sözü ilə acan. Polşa Respublikasının Krakov şəhərində, Azərbaycan Mədəniyyət mərkəzinin sədri,“Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sedat Şamilli bildirdi ki, 2020-il 27 sentyabrından başlayaraq Azərbaycanın qüdrətli ordusunun gücü ilə, 44 gün ərzində Vətən Müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızın işğaldan azad edilməsi,Qarabağdan erməni separatizminə son qoyulması və Azərbaycanın milli suverenliyinin bərpa edilməsi tariximizin ən mühüm hadisələrindəndir.Prezident, Ali Baş Komandan Cənab,İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətlə verdiyi sözün üstündə durması nəticəsində nail olduğumuz bütün bu uğurlar, Vətən müharibəsində və anti-terror tədbirlərində qazandığımız zəfərləri bir daha təsdiq etdi. Sedat Şamilli tədbir iştirakşlarına,Azərbaycandan qonaq gəlimiş,“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadəni təqdim edərək bildirdi ki, hörmətli qonagımız bu gün Krakovda yaşayan soydaşlarımıza” Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi qayıdışı” layihəsi ilə. baglı maraqlı tarixi faktlarla cıxış edəçək.Cün ki,bu gün artıq Qarabag torpaqlarımıza qayıdış oldugu kimi, yaxın gələcəkdə də, Qərbi Azərbaycanlıların öz dögma yurd yuvalarına, tarixi vətənlərinə qayıtmaları günümüzün aktul məsələlərindəndir. Daha sonra cıxış edən,“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki, “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi” qayıdışı” layihəsinin həyata keçirilməsi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Aqentliyinin mailiyə dəstəyi ilə gerçəkləşmişdir. Layihənin məqsədi, son 40 illik bir tarixdə və bu gün artıq sayları 500 minə yaxın olan, indiki Ermənistandan qovulmuş Azərbaycanlılarının doğma yurdlarına tarixi qayıdışı, onların pozulan hüquqlarını bərpa edərək əzəli yurdlarına qayıtmaları və Qərbi Azərbaycanlıların deportasiya tarixləri haqqında tarixi faktlara əsaslanaraq,xarici ölkələrdə yaşayan soydaşlarımıza məlumatlar verməkdir. Daha sonra Tofiq Əli-zadə, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya tarixindən daha ətraflı və məzmunlu danışaraq bildirdi ki, 1747 ci ildə Azərbaycan sərkərdəsi, Nadir şahın öldürülməsindən sonra,Azərbaycan coxlu sayda xanlıqlara bölündü. və İrəvan xanlıgı da 1747 ci ildə yaranaraq, 1828-ci ilə kimi davam etdi.İrəvan xanlıgının ərazisi 20 min kvadrat km və əhalisi 135 minə yaxın idi. İrəvan xanlıgının ilk Xanı Mirmehdi xan 1747-1751 illərdə, son xanı isə, Hüseynqulu xan 1806-1827-ci illərdə İrəvan xanlığına rəhbərlik etmişlər.T.Əli-zadə qeyd etdi ki, qərbi Azərbaycandan soydaşlarımızın zaman-zaman deportasiyası olunaraq,etnik mənsubiyyətlərinə görə,öz dədə-baba yurdalarından köçürülmələri, əsasən üç mərhələdə ; birinci mərhələ : 1905 –1920 - ci illər; ikinci mərhələ: 1948 –1953 - ci illər; üçüncü mərhələ: 1988 –1992 - ci illərdə aparılmışdır.Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilmələrinin səbəblərini araşdırdıqda, görünür ki, 1940 ci illərdən başlayaraq, SSRİ rəhbəri Stalinin və onun sag əli olan erməni daşnakı Mikoyanın (dünya ermənilərinin Böyük Ermənistan dövləti qurmaq xülyaları əsasında) ermənilər ücün, Türkiyənin 6 vilayətində erməni muxtariyətı dövlət qurmaq ideyası var idi.Bunun ücün də,əvvəlcədən dünyanın bir cox ölkələrindən erməniləri bir yerə, Ermənistana toplamaq və onların yerləşdirilməsi ücün, burada yaşayan Azərbaycan türklərini, Azərbaycana deportasiya etmək planları var idi.Cün ki, SSRİ tərəfindən Türkiyə işgal olundugu zaman dünya ölkələrindən gələn erməniləri,Türkiyənin 6 vilayətində toplu halında yerləşdirmək,Stalinin son məqsəd idi. Son 100 il ərzində erməni sövinistləri gizli də olsa, özgə torpaqlarında böyük dövlət qurmaq yəni, dənizdən- dənizə xülyaları ilə baglı cıxışlar edirdlər. Hələ 1960 ci illərdə erməni ziyalıları yenə də Daglıq Qarabagın Ermənistana birləşdirilməsi ilə baglı cıxışlar edir və SSRİ rəhbərliyinə bununla baglı coxlu sayda məktublar da göndərirdilər.1988-ci ildən başlayaraq,ermənilər Daglıq Qarabağda Azərbaycan torpaqlarını işğal iddiası ilə,çıxışlar etməyə başladılar.1988-1992-ci illər, Azərbaycan, cox agır müharibə illərini yaşadı. Belə ki, Qarabag torpaqlarımızın bir hissəsi ermənilər tərəfindən işgal olundu.Şükürlər olsun ki,Azərbaycanın qüdətli ordusu,2020 ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində, parlaq qələbə qazanaraq, tarixi torpaqlarımızı dogma Qarabagımızı işğaldan azad etdi. Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində Azərbaycanın milli suverenliyinin bərpa edilməsi, bir neçə əsrlik tariximizin mühüm hadisəsi kimi tarixə düşdü.Vətən müharibəsində və antiterror tədbirlərində qazandığımız zəfərlər təsdiq etdi ki, Azərbaycan özünün milli hədəflərinə çatmağı bacaran qüdrətli bir dövlətdir.Vətən müharibəsində və antiterror əməliyyatlarında zəfərlər qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi isə, Qərbi Azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək, onları əzəli yurdlarına qaytarmaqdır. Prezident özünün qətiyyətli siyasəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu hadisə cəmiyyətimizdə həm də Qərbi Azərbaycana qayıdış inamını gücləndirdi. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında demişdir ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır və Qarabağa qayıtdığımız kimi,Qərbi Azərbaycana da qayıdacağıq. Bəli, Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qeyd etdiyimiz kimi Qərbi Azərbaycanlıların əzəli yurdlarına qayıdışının təmin edilməsidir.Təsadüfi deyil ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi milli ideyanın əsas hədəflərindən biridir.Azərbaycan xalqı Qarabağa və Şərqi Zəngəzura qayıtdığı kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da qayıtmaq, hər bir Azərbaycanlının müqədds arzusudur."Vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır". Cıxışdan sonra Tofiq Əli-zadəsoydaşlarımızın Azərbaycanın tarixi hadisələri ilə baglı, verilən sualları da cavablandırdı.Tədbirin sonunda Polşanın Krakov şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Aqetliyinin maliyə dəstəyi ilə, keçirilən “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi qayıdışı layihəsinin icra olunmasında təşkilatı məsələlərdə köməklik etdiyinə və Dünya Azərbaycanlıların Həmrəyliyi sahəsində göstərdiyi xidmətlərə görə, Polşa Respublikasının Krakov şəhərindəki, Azərbaycan Mədəniyyət mərkəzinin sədri,“Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sedat Şamilli, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin Fəxri Fərmanı ilə təltif olundu.LEYLA NUR

