SON DƏQİQƏ

Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

Tarix:22-10-2025, 16:39 Oxunub:289

44GUN.ORG

Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanla Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Baş nazirlər iki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.
*** 13:00
Tbilisidə Azərbaycan və Gürcüstanın baş nazirlərinin qapalı görüşü keçirilir.
Azərbaycanın Baş nazir Əli Əsədov Tbilisidə hökumət binasına gəlib.
Onu Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşılayıb.
Daha sonra tərəflər arasında qapalı təkbətək görüş başlayıb.

Qalereya

Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb


Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşübƏli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşübƏli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşübƏli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşübƏli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman