44GUN.ORG
Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Xətai Rayon Komitəsi 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirib.Tədbiri Komitənin sədri R. Hüseynov açaraq iştirakçıları salamlayıb və möhtəşəm Zəfərin əhəmiyyətindən bəhs edib. Daha sonra XSİHİ-nin müşaviri C. İsmayılov çıxış edərək Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qəhrəmanlıq və şücaətindən danışıb.
XSİHİ-nin İcraiyyə Komitəsinin üzvü K. Orucov da çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Qələbənin tarixi əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən digər qonaqlar da qazilərimizin və şəhid ailələrinin fədakarlığından söz açıblar. Qeyd olunub ki, bu torpaqların azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Sonda bir qrup qazi Komitə tərəfindən Fəxri Fərmanlarla təltif olunub.
Tədbirdə həmçinin Azərbaycan Sahibkar Qadımlar Birliyinin (ASQB)İ üzvləri, eləcə də rayon və şəhər komitələrinin sədrləri iştirak edərək öz fikirlərini bölüşüblər.
VETENİM-AZERBAYCANDİR.AZ Leyla Nur





