SON DƏQİQƏ

Azərbaycanın şahmat millisi dünya çempionatında final matçına çıxacaq

Tarix:23-11-2025, 16:35 Oxunub:241

44GUN.ORG

Bu gün Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında final görüşünə çıxacaq.
bu barədə Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimiz Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.
Həmçinin vurğulanıb ki, yekunda qalib bəlli olmasa, komandalar tay-brekdə münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman