44GUN.ORG
Hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir.Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin Rəisi Şahin Məlikov bildirib.
Ş.Məlikovun sözlərinə görə, yerləşmə müəssisələrində otel kateqoriyasına 14-ü daxildir:
"Bir 5 ulduzlu, altı 3 ulduzlu, bir 2 ulduzlu otel fəaliyyət göstərir.
Digər müəssisələr isə ulduz kriteriyasına uyğun gəlmədiyi üçün təsnif edilməyiblər.
Ümumi olaraq yerləşmə otaqlarının sayı 830-dan artıqdır".