SON DƏQİQƏ

Horovlu kəndinə daha 22 ailə köçürülüb, açarlar təqdim edilib

Tarix:15-12-2025, 16:18 Oxunub:191

44GUN.ORG

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.
*** 13:00
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.
bu gün daha 22 ailə (85 nəfər) öz doğma yurduna qovuşub.
*** 07:57
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 21 ailə - 79 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman