SON DƏQİQƏ

ASQİB -nın Sabunçu rayonu üzrə şöbəsində şəhid anaları və qazilər üçün bayram tədbiri təşkil olundu.

Tarix:29-12-2025, 15:55 Oxunub:285

44GUN.ORG

Dekabrın 27-də Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) Sabunçu rayonu üzrə sədri, “Esminur Mini Baxça və Tədris mərkəzi”nin yaradıcısı və rəhbəri Esmira Hüseynovanın təşkilatçılığı və BMG İnternatiomal şirkəti ilə birgə şəhid anaları və qazilər üçün bayram tədbiri keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ictimai xadimlər, sahibkarlar və mədəniyyət nümayəndələri iştirak ediblər. Açılış hissəsində tədbirin məqsədi, ASQİB-in sosial yönümlü fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verilib.

Tədbiri Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva açaraq çıxış edib. O, şəhid analarını və qaziləri bayram münasibətilə təbrik edərək, dövlətimizin və cəmiyyətimizin onlara daim diqqət və qayğı göstərdiyini vurğulayıb.Sonra birliyin regionlar üzrə sədri Yasəmən Möhübbətqızıda çıxış edərək gələn qonaqları bayram münasibətilə təbrik edərək,ürək sözlərini dedi.

Tədbirdə çıxış edənlər sırasında şəhid Sabuhı Həsənquliyevin anası, şəhid ailəsi nümayəndəsi Maisə xanım, Respublika Sahibkar Qadınlar İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri və baş redaktoru Kəmran Orucov, peşəkar müğənni Arif Səlimov, ictimai fəal Könül xanım, qazi və ictimai fəal Qazi Hüseynalı, sahibkar, maliyyəçi-iqtisadi ekspert, “Hazır Mühasib” platformasının müəllifi Orxan Məmmədov, BMG International şirkətinin direktoru, Founder Women Club-un sədri Aygül Məmmədova, sosial və korporativ layihələrin təşkilatçısı, Inclusive Organization Company-nin təsisçisi İbrahim Məmmədov, həmin qurumun icraçı direktoru Ceyran Əzimli, Bilgəh Reabilitasiya Mərkəzinin direktoru Nurlana xanım, İnsan Alverinə Qarşı Mübarizə üzrə fəaliyyət göstərən ictimai birliyin sədri Rüxsarə xanım yer alıblar.

Çıxışlarda şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, sosial layihələrin əhəmiyyətindən və bu kimi tədbirlərin cəmiyyət üçün mühüm rolundan bəhs olunub.

Tədbirin sonunda ASQİB-in sədri Zemfira Ağayevanın doğum gününü şəhid anaları və qazilərlə birlikdə qeyd edib və xatirə şəkilləri çəkdirilib.

VETENİM-AZERBAYCANDİR.AZ Leyla Nur


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman