SON DƏQİQƏ

Paytaxtda yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb

Tarix:6-01-2026, 01:46 Oxunub:231

44GUN.ORG

Paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb.
bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Yeni işıqforlar bu yollarda istifadəyə verilib:
1. Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində;
2. Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində;
3. Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində.
Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.
Paytaxtda yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman