SON DƏQİQƏ

Rene van der Linden Prezident İlham Əliyevə məktub göndərdi

Tarix:12-02-2026, 01:26 Oxunub:255

44GUN.ORG

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Linden Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
məktubun mətnini təqdim edir:
"Sizin liderliyiniz və yorulmaz səyləriniz Cənubi Qafqaz regionunda sülhə, sabitliyə və barışığa mühüm töhfələr vermişdir.
Buna görə də Siz və Ermənistanın Baş naziri nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunmusunuz.
Mən münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həllini dəstəkləmək üçün əlindən gələni edən bir şəxs kimi, sülh yolunda mühüm səylərinizin və nailiyyətlərinizin yüksək qiymətləndirilməsinə görə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu təltifin hər iki ölkənin xalqları üçün regionda mehriban qonşuluq münasibətlərinin qurulması və davamlı inkişaf baxımından bir təşviq olmasını arzulayıram".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman