SON DƏQİQƏ

Vəhdət Partiyası Gənclər Təşkilatının sədri Aynur Ələkbərovanın bəyanatı

Tarix:21-02-2026, 22:45 Oxunub:171

44GUN.ORG

​​​​Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə bağlı baş vermiş insident Azərbaycan dövlətinə və xalqına qarşı hörmətsizlik kimi qiymətləndirilir. Bu cür təxribat xarakterli addımları qətiyyətlə pisləyir və buna “yox” deyirik.

Biz, Vəhdət Partiyası Gənclər Təşkilatı olaraq, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və güclü siyasəti tam dəstəkləyirik. Qarabağ zəfəri ilə tarix yazan Prezident İlham Əliyevin qətiyyətli liderliyi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirmişdir. Bu gün ölkəmizin artan nüfuzu və güclü gələcəyi bəzi xarici dairələri və təxribatçı qüvvələri narahat edir. Lakin bu cür cəhdlər Azərbaycan xalqının birliyinə və dövlətimizin möhkəm siyasi iradəsinə təsir göstərə bilməz.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən milli-mənəvi dəyərlərimizin, dinimizin, adət-ənənələrimizin və dövlətçilik prinsiplərimizin beynəlxalq səviyyədə layiqincə təbliğ olunması yüksək qiymətləndirilir.

Vəhdət Partiyası Gənclər Təşkilatının sədri Aynur Ələkbərova adından bəyan edirəm ki, biz Heydər Əliyev tərəfindən müəyyən edilmiş və İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursu dəstəkləyirik və hər zaman onun yanında olacağıq. Bu dəstək bizim üçün yalnız siyasi mövqe deyil, həm də inam və sevgiyə əsaslanan vətəndaş mövqeyidir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman