SON DƏQİQƏ

Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimi və formatı dəyişib

Tarix:22-03-2026, 15:26 Oxunub:223

44GUN.ORG

Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.
Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman