SON DƏQİQƏ

Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında 77 yaşında vəfat etdi.

Tarix:30-03-2026, 11:55 Oxunub:333

44GUN.ORG

Xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev İstanbulda yerləşən “Memorial” xəstəxanasında bu gün 77 yaşında vəfat etdi. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi. Aktyorun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi barədə hələlik heç bir məlumat yoxdur.

Teatrda və kinoda çox rollar ifa etsə də aktyor ilk növbədə “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşaçıların sevgisini qazanıb. O, “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda da filmlərə çəkilib.

Xüsusilə son onilliklərdə Rasim Balayevlə tədbirlərdə çox görüşmüşük, iki dəfə isə üzbəüz sənət söhbətimiz olub. Olduqca sadə, səmimi, söhbətcil adam idi. Onun vəfatından kədərləndiyimi bildirir, mərhumun ailəsinə və yaxınlarına, xalqımıza dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin, ruhu hüzura qovuşsun, inşallah!

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman