SON DƏQİQƏ

Prezident: Azərbaycan vasitəsilə daşınan yükləri iki dəfə artırmaq istəyirik

Tarix:Bu gün, 16:32 Oxunub:7

44GUN.ORG

Azərbaycan vasitəsilə daşınan yüklərin iki dəfə artırılması nəzərdə tutulur.
bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanın daşımalar qovşağına çevrilməsi üçün səylər davam etdirilir:
"Azərbaycan vasitəsilə daşınan yükləri iki dəfə artırmaq istəyirik. Hazırda bu daşımaların həcmi 15 milyon tondur. Əlbəttə, burada hər bir şey bizdən asılı deyil. Geosiyası vəziyyət, qonşuluq münasibətləri də buna təsir edir. Planımızda ərzaq təhlükəsizliyinin təmin olunması da var. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı qəbul etmişik. Özümüzü maksimum dərəcədə təmin edən səviyyədə məhsul yetişdirəcəyik".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman