SON DƏQİQƏ

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Tarix:Bu gün, 15:38 Oxunub:257

44GUN.ORG

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
Hər il 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində dayanan Azərbaycan Ordusuna göstərilən yüksək ehtiramın ifadəsidir.
Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilmiş, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəldilmişdir. Azərbaycan əsgəri və zabiti Vətənə sədaqət, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək xalqın böyük rəğbətini qazanmışdır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Bu şanlı Zəfər Azərbaycan hərbçilərinin yüksək döyüş hazırlığının, vətənpərvərliyinin və xalq-ordu birliyinin parlaq təzahürü olmuşdur.
Silahlı Qüvvələr Günü yalnız hərbçilərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Bu gün biz Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq. Qoy Azərbaycan Ordusu daim qüdrətli olsun, dövlətimizin müstəqilliyini və təhlükəsizliyini əzmlə qorusun.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri 
Zemfira xanım Ağayeva

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman