SON DƏQİQƏ

General Hospital haqqında məlumat.

Tarix:Bu gün, 19:26 Oxunub:517

44GUN.ORG

Son günlər bəzi xəbər portallarında və sosial media platformalarında General Hospitalın fəaliyyət lisenziyasının ləğv edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
Bildiririk ki, yayılan məlumatlar tamamilə əsassızdır və reallığı əks etdirmir. General Hospital Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərir və tibb müəssisəsinin fəaliyyəti üçün verilmiş lisenziya qüvvədədir. Müəssisənin lisenziyası müddətsiz xarakter daşıyır və onun ləğv edilməsi barədə yayılan iddiaların heç bir hüquqi əsası yoxdur.
Təəssüf hissi ilə qeyd edirik ki, dəqiqləşdirilmədən yayılan bu cür məlumatlar həm ictimaiyyətdə çaşqınlıq yaradır, həm də uzun illər ərzində formalaşmış etibarlı tibbi xidmət nüfuzuna xələl gətirməyə yönəlir.
Kütləvi informasiya vasitələrini və sosial media istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə, məlumatları yaymazdan əvvəl dəqiqləşdirməyə çağırırıq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman