SON DƏQİQƏ

“Beşiktaş”ın da matçının vaxtı dəyişdirildi

Tarix:12-02-2021, 21:00 Oxunub:568

Futbol üzrə Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində keçiriləcək daha bir oyunun başlama saatı dəyişdirilib.
" Vetenim-Azərbaycandir.az Qafqazinfo ya istinadən" xəbər verir ki, “Gənclərbirliyi” – “Beşiktaş” oyunu da erkən saata salınıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da yox, Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Qeyd edək ki, bu həftənin sonu üçün İstanbul şəhərində güclü qar yağıntısı gözlənilir. Bu üzdən fevralın 14-də keçiriləcək “Qalatasaray” – “Kasımpaşa” matçı ilə də bağlı oxşar dəyişiklik edilib. “Beşiktaş”ın oyunu isə fevralın 15-də baş tutacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman