D Ö Z Ə B İ L M İ R Ə M.
NAİLE MURADOVA.
Mənim bir kimsəm yox,
o d ə r g a h ı m d ı r,
Adı yazılan yer
q i b l ə g a h ı m d ı r,
Kəbəyə, Məkkəyə mən ki, getmirəm,
Məzarı olan yer
s ə c d ə g a h ı m d ı r..
Öpürəm o soyuq daş məzarını,
Dodaqdan qəlbimə buzlar süzülür.
Diz çöküb öpərək ayaqlarını,
Gəldim birgə çəkək, ver azarını.
Səndən ümidimi üzə bilmirəm,
Ana, yoxluğuna dözə bilmirəm.
Bir kərə duymadım ahu-zarını,
Əcəldən gözlədin həya-arını.
Mərdliyə öyrətdin övladlarını,
Sən ki, heç sevməzdin göz yaşlarını,
Göz yaşım sel olub,dözə bilmirəm.
Əlimi məzardan üzə bilmirəm,
Dünya mənlik deyil, gəzə bilmirəm.
Nə yolla mən gəlim sizə, bilmirəm?
Göz yaşım şeh salmış tər çicəkləri,
Vallah, məzarına düzə bilmirəm.
Bu vaxtsız gedişin qəddimi əyir,
Dünyam sızıldayır,ruhum inləyir.
Xoş bir təsəlli də qəlbimə dəyir,
Səndən ümidimü üzə bilmirəm,
Dön geri,ömrümü bəzə,bilmirəm,
ANA yoxluğuna dözə bilmirəm.
Sönən oçağına, közünə qurban,
Sən özün gəl"-deyən sözünə qurban.
Əbədi yumduğun gözünə qurban,
Ana.. məzarına, özünə qurban.
Dünyam viran olub,gəzə bilmirəm,
ANA, yoxluğuna dözə bilmirəm
44gun.org