SON DƏQİQƏ

“Hərbçilərə ikiqat pul ödənişi məsələsinə yenidən baxılmalıdır”

Tarix:23-02-2021, 12:19 Oxunub:546

“Döyüş bölgəsində xidmət edən hərbçilərə ikiqat pul ödənişi həyata keçirilirdi. Ancaq hazırda ödəniş həyata keçirilmədiyindən bu məsələ cəmiyyətdə müzakirə edilir. Fikrimcə, bu məsələyə həqiqətən yenidən baxılmalıdır”.
“44gun.org Qafqazinfo ya istinadən ” xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentdə deyib. 
O qeyd edib ki, döyüş bölgəsi məsələsiylə bağlı mövcud qanunvericilikdə də dəyişikliklər edilməlidir: “Hərçilərimiz çox ağır, mövcud iqlim şəraitində xidmət edirlər. Ona görə də bu məsələylə bağlı qanunvericiliyə də dəyişiklik edilməlidir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı qanun layihəsi müzakirə olunur: “Razılaşmalar əldə edildikdən sonra məsələni parlamentdə müzakirə edəcəyik”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman