Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.