2021-ci ilin yanvar-fevral aylarında doğulan uşaqlara verilən adlar arasında Uğur və Zəhra adı üstünlük təşkil edir. Belə ki, 149 oğlana Uğur, 180 qıza Zəhra adı qoyulub.
44gun.org Bizim.Media-ya istinadən Ədliyyə Nazirliyindən verilən məlumata görə, oğlan uşaqlarına verilən adlar siyahısında sonrakı yerlərdə Hüseyn (147), Əli (141), Yusif (136), Məhəmməd (103) gəlir.
Bu il Azərbaycanda doğulan uşağa Ərdoğan adı verilib.
Cari ilin 2 ayında qızlara verilən adların sırasında isə Aylin (139), Zeynəb (126), Fatimə (115, Məryəm (115) çoxluq təşkil edib.
Qızlara qoyulan adların sıyahısında İkramat, Paria, Yeva, Mia, Rehina, Elin, İmamət, Tərbiyyə, Fəcrin, Aşurey, Abuhəyat, Dolunay, Tovuz, Alita, Suada, Leysan, Natilə, Həkimə, Dəclə, Maysa, Əminət, Balış, Saabxanım, Qəribə, Valya, Məkkə, Saray, Səlimət kimi nadir qeyd olunan adlar var.