Yanvarın 19-da Azərbaycanda cəza çəkən 3-ü qadın olmaqla, 21 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.
Ədliyyə Nazirliyindən “Vətənim-Azərbaycandır.az” a verilən məlumata görə, bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.Son 5 ildə 136 məhkum qarşı tərəfə verilib, bununla yanaşı dövlətimizin humanist aktları ilə həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub, qəbul edilmiş amnistiya aktları, o cümlədən Zəfər Günü münasibətilə elan olunmuş amnistiya və ya digər aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər.