SON DƏQİQƏ

AVMVİB daha bir veteranı təltif etdi

Tarix:12-03-2021, 14:52 Oxunub:1 349

44gun.org
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, müharibə veteranı Nəriman Süleyman oğlu Salmanovu Birliyin təsis etdiyi Xatirə medallarıyla təltif edib.

Müharibə veteranı Nəriman Salmanov Qarabağ uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi vəzifəsində çalışır.

Fəal ictimaiyyətçi kimi daim müharibə veteranlarının yanındadır və onların problemlərinin həllində yaxından iştirtak edir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) öz fəa üzvlərini diqqətdən kənarda qoymur. Onların fərqləndirilməsi istiqamətində işlər görür.

Müharibə veteranı Nəriman Salmanovu təbrik edən AVMVİB sədri F. Rzaquliyev, ona gələcək fəaliyyətində uğurlar arzuladı və bildirdi ki, müharibə veteranları ən uca mükafatlara lyiqdirlər.

Təltif mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin müavini Mübariz Quliyev də iştirak edirdi. O da təbriklərə qoşulduğunu bildirdi.
Müharibə veteranı Nəriman Salmanov təltifə və ona göstərilən diqqətə görə AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirdi.
44gun.org ın Baş redektoru Kamran Orucov Və Əməkdaşları Hörmətli Nəriman müəllimi təbrik edir və işlərində ugurlar aruzlayrıq

44gun.org 
Sabir İsmayılov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman