Bu gün bütün xalqımız, o cümlədən də bəzi xoşməramlı təşkilatlar işğalda olan torpaqlarımızın azadlığı uğrunda, müqəddəs savaşın önündə gedən, vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir.
Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə xalqımız bütün varlığı ilə nur üzlü Şəhid ailələrinin və mərd Qazilərimizin yanındadır.
Şəhid və Şəhid ailələri Sumqayıt sakinlərinin qürur yeridir.
Sumqayıt şəhəri, 29cu məhəllədə fəaliyyət göstərən "GƏNCƏ"- çörək və un mənulatları
sexinin Sahibkarı
SADIQOV NİYAZ NİYAZİ oğlu vətənpərvərliyi ilə secilmişdir. Şəhid ailələrinin maddi rifah halının yaxşılaşdırılması yolunda xüsusi sayğı ilə diqqət göstərməsi diqqətimizdən yayınmamışdır..
Sumqayıt şəhərində fəaliyyət göstərən vətənpərvər, böyük ürəyə sahib olan gənc Sahibkar Sadıqov Niyaz bu müqəddəs günlərdə bütün Şəhid ailələrini (90-100 ailə) mütamadi olaraq təmənnasız öz şəxsi hesabından hər gün Çörəklə təmin edir.
Bu xoşməramlı missiya üçün bütün dünya Azerbaycanları adından Sahibkar eloģlumuz Niyaz Sadıqov basda olmaqla bu missiyada əməyi olan zəhmətkeş kollektivə öz dərin təşşəkkürümüzü bildiririk.
Bu xeyirhaq əməlləri üçün ona bol-bol ruzi və gələcək işlərində uğurlar arzu edirik..
Bu vətənpərvər təşəbbüsə digər Sahibkarların da qoşulmasını gözləyirik..
Redaktor Nailə Muradova.
