Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 281 nəfər həyatını itirib.
44gun.org yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 28 873 nəfər test edilib, onlardan 18 052-nin koronavirus testi pozitiv nəticə verib, 28 896 nəfər sağalıb, 3 175 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
- Mustafa Şəntop: “Qarabağ zəfərində Azərbaycanla Türkiyənin ortaq strateji tərəfdaşlığı önəmli rol oynayıb”
- Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib
- İranın təhlükəsizlik naziri koronavirusa yoluxub
Türkiyədə indiyədək 5 016 141 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 691 224 nəfəri müalicə olunaraq evə buraxılıb.