Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.
APA xəbər verir ki, telefon danışığında 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
- MM İnsan hüquqları komitəsinin sədr müavini: “Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətlərinə son qoyulmalıdır”
- Rusiya və Fransa prezidentlərinin telefon danışığında Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub
- Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib - FOTO
Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə, nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.