SON DƏQİQƏ

Gəmidə öldürülən Fərman dəfn olundu - Foto

Tarix:27-01-2021, 21:04 Oxunub:367

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi doğulduğu Siyəzən rayonuna gətirilib.
"44gun.org APA-ya istinadən xəbər verir ki, mərhum rayonun Qozağacı kənd qəbristanlığlında torpağa tapşırılıb. 
Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs Siyəzən rayon sakini 45 yaşlı mühəndis Fərman İsmayılovdur.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman