SON DƏQİQƏ

Bakıda insident: Vətəndaş polisi vurdu.

Tarix:29-10-2021, 21:52 Oxunub:406

Ötən gün axşam saatlarında Bakı Dəmiryol Vağzalında vətəndaşla polis əməkdaşı arasında mübahisə baş verib.

"Vətənim-Azərbaycandır.az"-ın məlumatına görə, mübahisə qısa zamanda əlbəyaxa dava ilə nəticələnib. Dava ətrafdakı polis əməkdaşları tərəfindən sakitləşdirilib. Hadisə zamanı vətəndaş polisə yumruq zərbəsi endirib.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, vətəndaş ictimai asayişi pozduğu üçün polis ona yaxınlaşıb:
“Bu zaman vətəndaş müqavimət göstərib. O, saxlanılaraq Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə aparılıb. Vətəndaş barəsində toplanan materiallar məhkəməyə göndəriləcək”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman