Sentyabrın 30-da saat 3 radələrində Ağsu şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “Vətənim-Azərbaycandır.az”a DİN-in Mətbuat Xidmətindən bidirilib.Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılılıb.