SON DƏQİQƏ

Göyçayda polis xidməti maşınla velosipedçini vurdu.

Tarix:21-11-2021, 10:20 Oxunub:235

[spoiler][/spoiler]Göyçay rayonunda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vurub.

DİN Mətbuat xidmətindən "Vətənim-Azərbaycandır.az"a verilən məlumata görə, hadisə dünən, noyabrın 20-si gecə saat 22 radələrində baş verib.
Göyçay RPŞ-in əməkdaşı, polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti "Ford" markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.
Polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də, həmin şəxs hadisə yerində vəfat edib.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman