Kazreti-Dmanisi (Şərqi Gürcüstan) magistralında yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
“Vətənim-Azərbaycandır.az”ın gürcü mediasına istinadən məlumatına görə, qəza nəticəsində azərbaycanlı ailənin 4 üzvü – ata, oğlu, gəlini və nəvəsi hadisə yerində ölüb.Onlar Səfərli kənd sakinləridir. Hadisə yerində xilasedicilər və polis işləyir.