Ucarda qardaş qardaşı güllələyib.
“Vətənim-Azərbaycandır.az” Report-a istinadən xəbər verir ki, hadisə Alpout kəndində baş verib.Kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Salik Tofiq oğlu Abbasovu qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.